COP29

"Kəpəz"də ikinci gəncliyini yaşayan məşhurla bağlı YENİ XƏBƏR var

2 İyun 17:45 Kəpəz 2 015
"Kəpəz"də ikinci gəncliyini yaşayan məşhurla bağlı YENİ XƏBƏR var

Georgi Papunaşvili "Sumqayıt"ın maraq dairəsində olub, amma tərəflər arasında hər hansı anlaşmadan söhbət gedə bilməz.

Bu barədə klubdan məlumat əldə etmişik.

Gürcüstanlı futbolçunun xidmətindən yalnız "Kimyaçılar" maraqlı deyil.

"Kəpəz"də yaxşı mövsüm keçirən orta sahə oyunçusu üçün daha iki klub da dəvət göndərib.

Söhbət Kipr və Yunanıstan komandalarından gedir.

28 yaşlı legioner isə qərar verməyə tələsmir.

Gürcüstan millisinin sabiq üzvü başa çatan mövsüm Gəncə klubunda 21 oyun keçirib və 5 qol, 4 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti