“Qəbələ”yə görə ürəyi ağrıyır?

26 Fevral 23:00 Kəpəz 346
“Qəbələ”yə görə ürəyi ağrıyır?

“Kəpəz”in yarımmüdafiəçisi Ehtiram Şahverdiyev Sportinfo.az-a müsahibə verib.

27 yaşlı futbolçu komandasının Premyer Liqanın 24-cü turunda “Qəbələ” üzərində qazandıqları 2:1 hesablı qələbə haqda sualları cavablandırıb.

- “Qəbələ” üzərində qələbənin önəmi nədir?

- “Qəbələ”nin gücü hamıya bəllidir. Çox yaxşı komandaya sahibdirlər. Düzdür, hazırkı durumları ürəkaçan deyil. Amma istənilən halda təhlükəli rəqibdir. Məqsədimiz bu matçdan qələbəylə ayrılmaq idi. Hədəfə çatdığımız üçün şükürlər olsun.

- Final oyunu adlandırmaq olar?

- Bu dəqiqə bizim üçün hər oyun finala bərabərdir. Çünki bizim də vəziyyətimiz yaxşı deyil, 9-cu yerdəyik. Bir oyunu digərindən ayırmırıq.

- Prinsipial oyunda rəqibi nəyin sayəsində üstələdiniz?

- Məncə, başa-baş futbol oynadıq. Hansısa komandanın üstün oynadığını demək çətindir. Onların da imkanları oldu, bizim də. Yekunda qələbəni daha çox istəyən komanda qələbə qazandı.

- Səni “Qəbələ”nin yetirməsi hesab etmək olar?

- Əlbəttə.

- İndiki vəziyyətdə “Qəbələ”yə görə ürəyin ağrıyır?

- Uşaqlığımı burada keçirmişəm. “Qəbələ” mənə ən doğma klublardan biridir. Ürəyim ağrıyır deyəndə ki, bu, futboldur. Düşdükləri vəziyyətdən çıxmağa çalışırlar, inşallah, çıxarlar.

- Vəziyyətdən çıxmaq üçün turnir cədvəlində “Qəbələ”ni keçməlisiniz.

- Çempionatın sonuna çox var. Bizim də məqsədimiz var. Hədəfimiz 9-cu pillə ilə kifayətlənmək deyil. Qələbələrin davamını gətirməklə bizdən yuxarıdakı komandalara çatmaq istəyirik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti