Premyer Liqa klubu şirkət sahibini razı salmağa çalışır – Sponsorluq üçün

30 Noyabr 2023 14:40 Kəpəz 1 433
Premyer Liqa klubu şirkət sahibini razı salmağa çalışır – Sponsorluq üçün

Premyer Liqada qalmaq uğrunda mücadilə verən «Kəpəz» yaxınlarda sponsor problemini həll edə bilər.

Gəncə klubu yeni himayədar tapmaq yolunda belə bir addım atmağa hazırlaşır.

Bu şəhərdən olan iş adamıyla danışıqlara bir müddət öncə start verilib. Bakıda fəaliyyət göstərən şirkətin sahibiylə görüşmələr hələlik sürət almayıb.

Səbəb adı gizli saxlanılan biznesmenin futbol və klub təsərrüfatıyla bağlı ciddi bilgisinin olmamasıdır. «Kəpəz» tərəfi ümidlidir ki, 1-2 həftədən sonra bu məsələyə yekun vurulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi