Stadionu söküləcək komanda hara köç edəcək? – SON DƏQİQƏ

2 Oktyabr 11:40 Kəpəz 1 845
Stadionu söküləcək komanda hara köç edəcək? – SON DƏQİQƏ

Tezliklə Gəncə şəhər stadionunun söküntüsünə başlanacaq.

Bu işi həyata keçirəcək Türkiyə şirkətinin nümayəndələri artıq Nizami yurdundadır.

Aparılacaq yenidənqurma tədbirləri ilə əlaqədar «Kəpəz»in növbəti ev oyunundan etibarən rəqiblərini başqa məkanda qəbul etməsi gözlənilir.

Klub rəhbərliyi komandanı qonşu Tovuza köçürməyi planlaşdırsa da, danışıqlar qısa sürüb. Çünki «Turan Tovuz»un məkanı qıx qrafiklə istifadə olunur və burada boş vaxt tapmaq müşkül məsələdir.

Paytaxta üz tutmaq? Klubun Bakıya köç xərclərini qarışlamağa imkanı çatmır.

Hələlik ən uyğun variant kimi Qəbələ seçilib. Baş məşqçi Azər Məmmədov da bununla razılaşıb.

«Qəbələ» rəhbərliyi ilə onların münasibəti çox yaxşıdır. Həm də ki, burada təklif edilən qiymətlər digərlərindən daha münasibdir.

«Kəpəz»in ötən mövsümün əvvəlində Bakıya, sonunda Qəbələyə sığınmasını da yada qalaq.

2025-ci ildə keçiriləcək III MDB Oyunlarına Gəncə ev sahibliyi edəcək. Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleksin tikilməsi qərara alınıb.

O üzdən uzun illərdir təmirə ehtiyacı olan stadionun da «bəxti açılıb».

1963-cü ildə istifadəyə verilən arenanın tribunaları hazırda qəzalı vəziyyətdədir. Odur ki, Premyer Liqada yalnız 3 minə qədər azarkeşin matçlara buraxılmasına icazə verilir.

Halbuki stadionun 27 min azarkeş tutumu var. Və gələn həftədən etibarən burada söküntüyə start veriləcək. Bu işlər Gənclər və İdman Nazirliyinin (GİN) nəzarəti altında görüləcək. Axı idman qurğusu GİN-in balansındadır.

Nazirlik podratçı olaraq Türkiyə şirkətini seçib. Qardaş ölkədən gələn mühəndis qrupu arenaya baxış keçirib, layihənin icrası ilə bağlı hesabat hazırlayıb.

İlkin mərhələdə inşaata 5 milyon manatın ayrılmasının planlaşdırıldığı deyilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti