Bu maaşa nə baş məşqçi qalacaq, nə futbolçu - Rəhbər isə "qara siyahı"da

7 Aprel 11:55 Kəpəz 5 061
Bu maaşa nə baş məşqçi qalacaq, nə futbolçu - Rəhbər isə "qara siyahı"da

«Kəpəz» artıq gələn mövsümü fikirləşə bilər.

Təhlükə arxada qaldı deyə bilərik.

«Araz-Naxçıvan» üzərində 2:1 hesablı qələbə əsas narahatlığı aradan qaldırdı.

«Qəbələ» day onlara çatan deyil. Heç «Kəpəz» də yerində sayan deyil, davam edəcəklər.

Mənim gördüyüm bəzi şeylər var, onları dilə gətirməliyəm. Məsələn, hiss edirəm ki, mövcud heyəti yayda saxlamaq asan olmayacaq.

Legionerlərin bir çoxunun düşərgədə qalması üçün rəhbərliyin hər ik əlinin cibində olması lazım gələcək. Bundan ötrü indiki büdcəyə bir o qədər də artım etmək zərurəti yaranacaq.

Adil Şükürovun özünü demirəm hələ. O, Premyer Liqanın ən aşağı ödənişli baş məşqçisidir.

7500 manat əməkhaqqı qarşılığında çalışır. Şükürovun təhər-töhründən, son həftələrdə verdiyi mesajlardan bu qənaətə gəlirəm ki, hazırkı məvaciblə işini davam elətdirmək istəməyəcək.

O vaxt klubun başında kim olacaq, ondan da çox şey asılıdır. İlqar Nadiri qalacaqsa, heç.

AFFA-nın yeni rəhbərliyinin «Kəpəz»in hazırkı İdarə Heyətinin sədrinə münasibəti, yumşaq desək, bir elə yaxşı deyil, getməsini istəyirlər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti