O, buradadırsa, "Kəpəz" belə "sürprizlər"i hələ çox yaşayacaq

5 Dekabr 2022 21:00 Kəpəz 1 477
O, buradadırsa, "Kəpəz" belə "sürprizlər"i hələ çox yaşayacaq

«Kəpəz iki dəmir parçası üzərində hərəkət etməli olan qatar kimidir.

Relsdən biri sıradan çıxası olsa, o qatar da qalacaq yolun ortasında, mənzil başına çatmayacaq.

Giorgi Kantariya oynamırsa, «Kəpəz» də oynamır. Tərlan Əhmədov hər şeyi onun üzərində qurub.

Gürcü yarımmüdafiəçi yeni iş yerində ikinci ayını keçirən baş məşqçinin bir nömrəli «kozır»ıdır. Kantariya oyun qurur, özünü hər yerə vurur, komandanı idarə edir.

O, Şamaxıda dava-dalaşa qarışmaqla özünü cəzalı duruma saldı, bununla «Kəpəz»in dünənki məğlubiyyətinin əsasını qoydu.

«Kəpəz» Sumqayıtda 0:0 oynamışdı. Kantariya həmin qarşılaşmanın fasiləsinə az yaxın real qol şansını boşa vermişdi. Penaltini qaçırmaqla.

Beləcə, Samir Abasov 4 illik fasiələdən sonra «Sumqayıt»a dönüşünü 1 xalla «yumuşdu».

Ovaxtdan bu tərəfə qələbə həsrəti çəkən «Sumqayıt» ötən gün Gəncədə - Kantariyanın yoxluğunda «Kəpəz»i üstələdi.

Tərlan Əhmədovun oyundan sonra səsləndirdiyi «hərdən enməlisən ki, qalxa biləsən» açıqaması, sadəcə, gözə kül üfürməkdir.

O, istənilən həmkarına məğlub olmağı özünə bağışlayar, Samir Abasova deyil. Həmin gün onun üçün ən qara gündür.

Əhmədov Kantariyanın yrxluğunda dərsinə yaxşı çalışmamışdı və alternativ taktika seçməmişdi deyə, «Kəpəz» qurşaqdan aşağı zərbə yedi.

Qaldı enib-qalxmağa, Əhmədov Gəncədə işini davam etdirir və deməli, «Kəpəz» belə «sürprizlər»i hələ çox yaşayacaq.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi