"Sosial mediada yazılanlar haqda nəsə deyə bilmərəm".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Adrian Mutuya məxsusdur.
O, hazırkı dönəmdə komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib: "
Yeni komanda formalaşdırırıq. Hamı başa düşməlidir ki, yeni oyunçular var.
Hərəsi bir ölkədən gəlib. Lukas Argentinadan bura gəlib. Fərqli ölkələrdir.
Balans yaratmaq üçün vaxt lazımdır. Böyük layihədir, başa düşməliyik ki, istədiyimizi - güclü "Neftçi"ni qurmaq üçün vaxt və səbr lazımdır.
Bu, futboldur. Uğura qısa yolla çatmaq olmaz. İnanmaq lazımdır.
Bəzən əvvəldən nələri qurban vermək lazımdır ki, gələcəkdə yaxşı şeylər olsun. Ölkədə yeniyəm, amma düşünürəm ki, "Neftçi" daha çox sevilməlidir, xüsusilə də mətbuatda.
Məğlub oluruq, deyirlər, pis oynayırıq. Qələbə qazanırıq, deyirlər, Mutu Qara Qarayevlə danışıb.
"Sumqayıt"ı məğlub edəndən sonra mətbuatda yazı çıxır ki, Qara Qarayevlə dalaşmışam. Niyə axı?
Bəzi komandalar var, məğlub olur, xal itirir, amma heç nə yazılmır".