"Mən gənc öləcəm" - VİDEO

22 Sentyabr 2020 20:40 İtaliya 708
"Mən gənc öləcəm" - VİDEO

İtaliya A Seriyasının 1-ci turunda "Bolonya" ilə oyunda (2:0) "Milan"ın qollarını vuran Zlatan İbrahimoviç açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı hücumçu özünü Bencamin Battonla müqayisə edib:

"Bencamin Batton kimiyəm. Zaman keçdikcə gəncləşirəm. Yaşlı doğulub, gənc öləcəm. Bu gün 20 yaşında olsaydım, daha 2 qol vuracaqdım.

Hədəfim ötən mövsümdəkindən daha yaxşı olmaqdır. Komandadakı gənclərlə birlikdə hər oyuna final kimi çıxmalıyıq. Komanda yaxşı mübarizə apardı. Başlanğıc yaxşıdır. Gənclər uğur qazanmağın yolunu bilirlər".

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş