“İndi belə bir çətinlik yoxdur” - Plana aydınlıq gəldi

21 Oktyabr 2023 13:00 Kəpəz 839
“İndi belə bir çətinlik yoxdur” - Plana aydınlıq gəldi

“Kəpəz” Premyer Liqanın 10-cu turu çərçivəsində “Zirə”ni qəbul edəcək.

Oyun Gəncədə yox, Tovuz şəhər stadionunda gerçəkləşəcək.

Gəncə təmsilçisi ötən mövsümün ikinci dövrəsində ev oyunlarını Qəbələdə keçirəndə klub öz fanatları üçün səfərə yollanmağa 3-4 avtobus ayırırdı.

Maraqlıdır, bu dəfəki plan nədən ibarətdir? Gəncədən Tovuza yollanmaq istəyənlər şəxsi hesablarına gedəcək, yoxsa klub rəsmiləri səfər marşrutunu asanlaşdırmaq üçün onlara nəqliyyat vasitəsi sifariş edəcək?

“Kəpəz”in mətbuat katibi Azad Mustafayevin sualımıza cavabı belə oldu:

“Tovuzda keçirəcəyimiz oyunlar zamanı fəal azarkeşlərimiz üçün avtobus ayrılacaq. Həmin fanatlar fan klubun üzvləridir və bütün ev-səfər matçlarında tribunada olurlar. Həmişə olduğu kimi bir avtobus nəzərdə tutulub.

Digər məsələyə gəlincə, bəli, ötən mövsümün sonunda rəqiblərimizi Qəbələdə qəbul edəndə Gəncədən ora avtobuslar təşkil olunurdu.

Çünki məsafə uzaq idi, gediş-gəlib çətinliklər yaradırdı. İndi isə belə bir çətinlik yoxdur. Gəncədən Tovuza 70 kilometrdir, 1 saatlıq yoldur.

Açığı, Tovuzu seçməyimizdə məsafə yaxınlığı əsas rol oynadı. Ki, azarkeşlərimiz komandanın yanında ola bilsin. “Kəpəz”ə dəstək vermək istəyən azarkeşlər gələ bilərlər”.

Bu gün Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə” qarşılaşması saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!