Millimizin Qırğızıstana qollarını “Baku Fire”ın yetirmələri vurdu

9 Avqust 2023 02:50 Futzal 1 062
Millimizin Qırğızıstana qollarını  “Baku Fire”ın yetirmələri vurdu

Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, qırğızıstanlı yaşıdları ilə qarşılaşan yığmamız 2:5 hesabı ilə məğlub olub.

U-19-un qollarını Rüfət Məmmədli və Fərid Abbasov vurub. Hər iki oyunçunun “Baku Fire”nin yetirməsi olmasını qeyd edək.

Millimiz turnirdə növbəti oyununu sabah saat 17:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!