Bura AVTORİTET gəlib

21 May 2020 21:00 İtaliya 857
Bura AVTORİTET gəlib

“Milan”nın qapıçısı Asmir Beqoviç komanda yoldaşı Zlatan İbrahimoviç haqda danışıb.

Sportinfo.az xəbər verir ki, bosniyalı qolkiper isveçli oyunçu barədə xoş sözlər söyləyib.

Mövsümün yarısını icarə əsasında “Qarabağ”da keçirən Beqoviç İbrahimoviçlə oynamağın üstünlük olduğunu bildirib: “Onun kimi böyük futbolçu ilə oynamaq xoşdur.

Komandaya yanvarda qoşuldu və dərhal soyunub-geyinmə otağında öz təsirini göstərdi. Özündən və başqalarından daim inkişaf gözləyir. Oynadığım ən yaxşı futbolçulardan biridir”.

İtaliya mətbuatı Beqoviçin komandadan ayrılacağını bildirir. O, mövsüm sonunda müqavilə ilə məxsus olduğu “Bornmut”a dönəcək.

Digər Xəbərlər
Xəbər Lenti