"Təzyiq hiss edirsən - tanımadığımız bir düşmənlə vuruşuruq"

26 Mart 2020 00:14 İtaliya 455
"Təzyiq hiss edirsən - tanımadığımız bir düşmənlə vuruşuruq"

Koronavirusa yoluxan "Milan"ın idman direktoru Paolo Maldini açıqlama verib.

Sportinfo.az xəbər verir ki, əfsanəvi futbolçu virusun əlamətlərindən danışıb və tam yaxşılaşmasa da, özünü normal hiss etdiyini bildirib:

"İndi yaxşıyam. Xəstəliyin ən pis dövrünü geridə qoymuşam. Amma hələ öskürək var. Dad və qoxu hissini itirmişəm. Ümid edirəm ki, tezliklə bunlar da düzələcək.

Koronavirus bir az xoşagəlməz qripə oxşayır. Lakin bu, adi qrip deyil. Mən öz orqanizmimi bilirəm. Ağrılar xüsusilə güclü hiss olunur. Sinəndə təzyiq hiss edirsən. Bu, yeni bir virusdu.

Tanımadığımız bir düşmənlə vuruşuruq. İlk simptomlarını martın 5-də hiss etdim. Dizlərimdə və əzələmdə ağrılar vardı. Hərarətim isə 38-dən çox deyildi. Ertəsi gün məşq üçün bazaya getməli idim. Lakin evdə qalmağa məcbur oldum".

Paolo Maldininin oğlu Daniel Maldini də koronavirus epidemiyasına yoluxub.

Digər Xəbərlər
Xəbər Lenti