"Özüm üçün qorxmadım, ailəm üçün narahat oldum"

21 Mart 2020 12:16 İtaliya 457
"Özüm üçün qorxmadım, ailəm üçün narahat oldum"

İtaliya C Seriyasında çıxış edən "Reccio"nun futbolçusu Alessandro Favalli açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı oyunçu yaşadığı anları anladıb:

"Martın 2-də çox pis şəkildə oyandım. Hərarətim var idi, başımda ağrılar hiss edirdim və gözlərim alışırdı. Gecə isə titrəyirdim, canımda soyuq var idi. Şübhələrim yaranmışdı. Çünki yanvarda qripə yoluxmuşdum.

Təkrar qrip ola bilməzdim. Ailəmlə əlaqə saxladım, onlar da eyni vəziyyətdə olduqlarını dedi. Bir neçə gün öncə ailə ilə şam yeməyində hər birimizin virusa yoluxduğunu başa düşdüm.

Özüm üçün qorxmadım, ailəm üçün narahat oldum. Onlar məndən yaşlıdır və daha pis durumdadırlar. Hazırda futbolun azarkeşsiz davam etdirilməsi belə yanlış qərardır. A Seriyasında bir futbolçuda testin müsbət çıxacağından sonra Avropada oyunların dayanacağını bilirdim".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"