"Neftçi" Səudiyyə Ərəbistanı klubu ilə qarşılaşacaq

25 İyul 2024 08:40 Neftçi 1 204
"Neftçi" Səudiyyə Ərəbistanı klubu ilə qarşılaşacaq

“Neftçi” Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar” toplanış çərçivəsində sonuncu məşqinə çıxıb.

Toplanışa sabah yekun vurulacaq. Bunadək Türkiyədən “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Erzurumspor” (0:0) ilə qarşılaşmış komanda sonuncu sınaq matçını Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşı keçirəcək.

“Palandöken Yüksek İrtifa Camp Facilities”də olacaq görüş Bakı vaxtı ilə sabah saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi