“Apreldə çempionatların keçirilməsi mümkünsüzdür"

16 Mart 21:20 İtaliya 210
“Apreldə çempionatların keçirilməsi mümkünsüzdür"

“Aprel ayında çempionatların keçirilməsi mümkünsüzdür. Əgər hər şey yolunda getsə, may və ya iyun ayında davam edə bilərik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İtaliya Futbolçular Birliyinin prezidenti Damiano Tommasi deyib.

Daha əvvəl A Seriyasının yarımçıq dayandırıması variantı da müzakirə olunurdu. O, belə bir addımı yalnız futbolçular üçün deyil, bütün Avropa üçün atdıqlarını bildirib:

“Məsələ futbol olanda düşünürlər ki, biz sadəcə, oyunçuların təhlükəsizliyini fikirləşirik. Amma bir komandanın arxasında dünya var.

İlk yoluxma halı Seria C-də “Pianese” komandasında aşkarlanıb və hazırda həmin şəxs reanimasiyadadır. “Yuventus” 100-dən çox insanı karantinə alıb.

Bu insanlar İtaliyada və Avropada hər yerə gedirlər, həddindən artıq çox insanla təmasda olurlar. Bu, sadəcə İtaliyanın yox, Avropanın da problemidir. Yəni, UEFA da Avropa Birliyi kimi hərəkət etməlidir”.

Xəbər Lenti