İbrahimoviç daha bir...

20 Yanvar 2020 00:00 İtaliya 933
İbrahimoviç daha bir...

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç daha bir rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, isveçli hücumçu A Seriyasında ən tez 150 qələbə həddinə çatan futbolçu olub.

Onun rekordu 20-ci turda bu gün “Udineze”yə qalib gəldikləri (3:2) matçda qeydə alınıb.

İbrahimoviç “İnter”in keçmiş futbolçusu Esteban Kambyassonun rekordunu yeniləyib. Argentinalı 230 matçda 150 qələbəyə sevinmişdisə, Zlatan 222-ci oyunda buna nail olub.

38 yaşlı forvard “Milan”a qayıdışından sonra 3 oyuna 1 qol vurub. O, 2010-2012-ci illərdə də “qırmızı-qaralar”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti