Qazancı 9 milyon olacaq - Kapitan yeni müqaviləyə razılıq verdi

31 May 2024 18:20 İtaliya 1 097
Qazancı 9 milyon olacaq - Kapitan yeni müqaviləyə razılıq verdi

Argentinalı hücumçu Lautaro Martines “İnter”lə müqaviləsini uzatmağa razılaşıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Martinesin klubla yeni müqaviləsi 2029-cu ilin ortalarına qədər davam edəcək.

“İnter”in kapitanı mövsümə 9 milyon avro qazanacaq.

Lautaro Martines 2018-ci ilin yayında Argentinanın “Rasinq” klubundan “İnter”ə keçib. O vaxtdan bəri argentinalı hücumçu 282 rəsmi oyun keçirib,

129 qol vurub və 43 məhsuldar ötürmə edib. Xatırladaq ki, “İnter” bu mövsüm İtaliya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO