Ukraynalı hücumçu ilə maraqlanırlar - Hər ehtimala qarşı

27 İyul 00:20 İtaliya 696
Ukraynalı hücumçu ilə maraqlanırlar - Hər ehtimala qarşı

“Roma”nın hücumçusu Artem Dovbik bu yay A Seriyasının başqa klubuna keçə bilər.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Fiorentina” ukraynalı futbolçu ilə maraqlanır.

Moyze Kin komandadan ayrılacağı halda, Florensiya klubunun Dovbiki transfer etməyə çalışacağı bildirilir. Oyunçu ilə həmçinin, UEFA Çempionlar Liqasına vəsiqə qazanan “Komo”nun da maraqlandığı qeyd olunur.

29 yaşlı hücumçu 2024-cü ilin avqustundan “Roma”nın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir. Ukraynalı forvard ötən mövsüm A Seriyasında 14 oyuna çıxaraq, 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi