Argentinalı bombardir üçün 90 milyon avro ödəməyə hazırdır

27 May 2024 18:20 İtaliya 1 068
Argentinalı bombardir üçün 90 milyon avro ödəməyə hazırdır

A Seriyasının bombardiri olan “İnter”in hücumçusu Lautaro Martinesin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanı var.

Sportinfo.az “Todofichajes” portalına istinadən xəbər verir ki, London “Arsenal”ı argentinalı forvardla müqavilə imzalamaqda maraqlıdır.

“Topçular”ın rəhbərliyi 26 yaşlı futbolçunu almaq üçün təxminən 90 milyon avro ayırmağa hazırdır. Londonlular bu məbləğin sövdələşməni başa çatdırmaq üçün kifayət edəcəyinə inanırlar.

Martines İtaliya çempionatının ötən mövsümündə 33 oyun keçirib və 24 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu