"Qalatasaray”ın futbolçusu ilə maraqlanır - “Napoli”

6 Aprel 21:40 İtaliya 286
"Qalatasaray”ın futbolçusu ilə maraqlanır - “Napoli”

“Qalatasaray”ın 24 yaşlı yarımmüdafiəçisi Nikolo Zaniolo “Napoli”nin futbolçusu ola bilər.

Sportinfo.az xəbər verir ki, Neapol klubunun yeni təyin olunmuş idman direktoru Covanni Manna Zaniolonun istedadının pərəstişkarıdır.

Manna bundan əvvəl “Yuventus”un gənclər komandasının idman direktoru vəzifəsində çalışarkən italiyalı futbolçunu Turin klubuna dəvət etmək istəyib.

Zaniolo bu mövsüm “Aston Villa”da icarə əsasında çıxış edir.

İtaliyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 34 matçda iştirak edib və 3 qol vurub. Futbolçunun Türkiyə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti