Millimizin baş məşqçisi: "Bu onun şəxsi qisası idi"

24 May 2022 09:30 İtaliya 1 056
Millimizin baş məşqçisi: "Bu onun şəxsi qisası idi"

"Milan" Skudettonu qazanmağa layiq idi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millinin baş məşqçisi Canni De Byazi "Milan"ın İtaliya A Seriyasında 2021/2022 mövsümünün qalibi olması barədə danışarkən deyib.

66 yaşlı italiyalı mütəxəssis bildirib ki, bu çempionluq "rossonerilər"in baş məşqçisi Stefano Piolinin şəxsi intiqamı idi: "O, situasiyaları necə idarə etməyi bilir.

Unutmayaq ki, iki il əvvəl qovulmaq üzrə idi. Yerinə isə Ralf Ranqnik gətirilirdi. Pioli çətin dönəmdən yüksək səviyyəyə çatdı.

"Milan" bu mövsüm bəzi matçlarda möhtəşəm oynadı. Məsələn, "Sassuola"ya qarşı son tur oyununda mən böyük intensivlik gördüm. Qalib gəlmək heç vaxt asan olmur".

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır