Maliyyə polisi məşhur klubun iki ofisində yoxlamaya başladı

30 Noyabr 2021 22:00 İtaliya 485
Maliyyə polisi məşhur klubun iki ofisində yoxlamaya başladı

“Yuventus"un Turin və Milandakı ofislərində maliyyə polisi tərəfindən araşdırmalar başlayıb.

Sportinfo.az xəbər verir ki, araşdırmalarda “Yuventus”un 2019-2021-ci illər aralığında maliyyə hesabları incələnir.

Bundan başqa, klubun prezidenti Andrea Anyelli və onun köməkçisi Pavel Nedved də dindirilib.

Başqa bir xəbərdə bildirilir ki, “Yuventus”un son illərdəki transfer işləri də araşdırılır.

Xüsusən 2020-ci ildə “Yuventus”dan “Barselona”ya keçən Miralem Pyaniçin və əks marşrutla Turin klubuna transfer edilən Arturun keçidi maliyyə polisinin nəzarəti altında olan məsələlərdən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM