Klub bəyanat yaydı – Rəhbər şəxslərin istintaqı ilə bağlı

29 Noyabr 2021 10:00 İtaliya 435
Klub bəyanat yaydı – Rəhbər şəxslərin istintaqı ilə bağlı

“Yuventus" prezident Andrea Anyelli, vitse-prezident Pavel Nedved və keçmiş idman direktoru Fabio Paratiçinin istintaqa cəlb olunması ilə bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, Turin klubu sözügedən şəxslərlə bağlı yerli prokurorluğun araşdırmalara başladığını təsdiqləyib.

Bəyanatda bildirilir ki, 2019, 2020 və 2021-ci illər üçün transfer gəlirləri, maliyyə hesabatları, mövcud olmayan əməliyyatlar üzrə mümkün pozuntular araşdırılır.

“Yuventus” rəhbərliyi 50 milyon avro məbləğində “çirkli pullar”ın yuyulmasında ittiham olunur. Maliyyə polisi istintaqa lazım olan sənədləri toplamaq ücün klubun Milandakı və Turindəki ofislərində axtarış aparıb.

Digər Xəbərlər
Xəbər Lenti