“Mən onu komandada saxlamaq üçün zəncirləməyə də hazıram”

22 İyul 2021 22:00 İtaliya 830
“Mən onu komandada saxlamaq üçün zəncirləməyə də hazıram”

“Napoli”nin müdafiəçisi Klaudi Kulibaliyə Avropanın nəhəng klubları maraq göstərir.

Sportinfo.az xəbər verir ki, “Napoli”nin baş məşqçisi Luçano Spalletti bu məsələ ilə bağlı danışıb.

O, Kulibalini nəyin bahasına olursa-olsun komandada saxlamaq istədiklərini bildirib:

“Mən onu komandada saxlamaq üçün zəncirləməyə də hazıram”.

“Mançester Yunayted” futbolçu üçün 30 milyon avro təklif etmişdi. Amma “Napoli” rəhbərliyi bu təklifdən imtina edib. Bu da Kulibalini narazı salıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”