Məşhur şirkət növbəti mövsümdən klubun sponsoru olmayacaq

3 Mart 2021 10:20 İtaliya 474
Məşhur şirkət növbəti mövsümdən klubun sponsoru olmayacaq

“İnter” 26 ildir sponsoru olan “Pirelli” şirkəti ilə işbirliyinə son qoymağa qərar verib.

Sportinfo.az xəbər verir ki, sözügedən şirkətin loqosu növbəti mövsümdən Milan təmsilçisinin formalarında yer almayacaq.

Bunu “Prielli”nin CEO-su Marko Tronchetti Provera İtaliya mətbuatına açıqlamasında söyləyib.

O, titul sponsorluğuna son qoyulduğunu bildirsə də, klubla münasibətlərinin davam edəcəyini də bəyan edib. Bu isə o deməkdir ki, “İnter” 2021/22 mövsümündən etibarən fərqli titul sponsporu ilə mübarizə aparacaq.

“Pirelli” öz məhsulları ilə bütün dünyada məşhur olan avtomobil təkərlərinin istehsalı ilə məşğuldur. Sözügedən şirkət 1995/96 mövsümündən etibarən “İnter”in titul sponsoru idi.

İtaliya mətbuatının yazdığına görə, geridə qalan 26 il ərzində “Pirelli” “İnter”ə bütövlükdə 234 milyon avro ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti