Menecer baş məşqçi ilə futbolçunu barışdırmaq istəyir

26 Yanvar 2021 18:40 İtaliya 473
Menecer baş məşqçi ilə futbolçunu barışdırmaq istəyir

Edin Ceko “Roma”nı tərk etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, futbolçu ilə baş məşqçi Paulu Fonsekinin münasibətləri gərgindir.

Bosniyalı hücumçu komandadan ayrı məşq edir. Ona bir neçə təklif gəlsə də, məvacib az olduğu üçün Dzeko imtina edib. Onun “Roma”da illik məvacibi 7,5 milyon avrodur.

Hazırda Dzeko ilə yalnız “Vest Hem”in maraqlandığı bildirilir. Amma bosniyalı hücumçu Londona köçmək istəmir.

Bu arada “Roma”nın yeni baş meneceri Tyaqo Pintu məsələyə müdaxilə etmək istəyir. O, futbolçu ilə baş məşqçi arasında vasitəçilik edib onları barışdırmağı planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti