"Barselona" yeni ulduzu ilə müqaviləsini yeniləyir

16 Noyabr 2020 10:20 İspaniya 458
"Barselona" yeni ulduzu ilə müqaviləsini yeniləyir

“Barselona” Ansu Fati ilə müqaviləsini yeniləməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu bir neçə həftə əvvəl danışıqlara başlayıb.

Eyni zamanda tərəflərin danışıqlarda irəliləyiş əldə etdiyi də qeyd olunub. Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Bundan əvvəl, 18 yaşlı hücumçunun dizindəki zədəyə görə əməliyyat olunduğu və 3-4 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.

Fati bu mövsüm La Liqada 7 oyuna çıxıb və 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”