“Real”ın Mbappeni transfer etməsindən danışdı - “Barsa”nın prezidenti

5 İyun 2024 15:40 İspaniya 1 164
“Real”ın Mbappeni transfer etməsindən danışdı - “Barsa”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta Fransa millisinin hücumçusu Kilian Mbappenin “Real”a keçidinə münasibət bildirib.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, klub rəhbəri, öz fəlsəfələrinə sadiq olduğunu söyləyib:

“Mən öz idman fəlsəfəmizə üstünlük verirəm: komandaya yerli oyunçuları cəlb etmək.

Mbappeyə gəlincə, rəqiblərimizin etdiklərinə hörmətlə yanaşıram, amma öz fəlsəfəmizə sadiqəm”.

“Real” iyunun 3-də 25 yaşlı fransalı forvardla 5 illik müqavilə imzaladığını açıqlayıb. Mbappenin əvvəlki klubu PSJ ilə müqaviləsi bu yay başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti