“Onu “Barselona”da görmək istəyərdim, Levandovski 60 yaşına qədər oynaya bilməz”

4 Yanvar 10:40 İspaniya 904
“Onu “Barselona”da görmək istəyərdim, Levandovski 60 yaşına qədər oynaya bilməz”

“Barselona”nın yarımmüdafiəçisi Pedri “Mançester Siti”nin hücumçusu Erlinq Halandı komandasında görmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə 21 yaşlı futbolçu açıqlamasında bildirib:

“Mən Halandı “Barselona”da görmək istəyərdim. O, çox yaxşı futbolçudur.

Çoxlu qollar vurur. Robert Levandovski isə 60 yaşına qədər oynaya bilməz”.

Levandovski bu mövsüm bütün turnirlərdə “Barselona”nın heyətində 21 matçda çıxış edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Haland isə 22 matça çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"