"Messi ilə aramızda həmişə ziddiyyət olub": "Barsa"nın baş məşqçisi

30 İyun 2020 11:34 İspaniya 785
"Messi ilə aramızda həmişə ziddiyyət olub": "Barsa"nın baş məşqçisi

"Barselona"nın baş məşqçisi Kike Setyen Lionel Messi ilə münasibətlərindən və "Selta" matçında (2:2) köməkçisi Eder Sarabiya ilə argentinalı futbolçu arasında baş verənlərdən danışıb.

Sportinfo.az xəbər verir ki, Setyen qeyd edib:

"Messi ilə münasibətlərimiz qaydasındadı. Aramızda həmişə ziddiyyətlərin olduğu doğrudu, çünki hər kəsin öz fikri var. Mənə görə, fərqli fikirləri dilə gətirmək normal haldı. Mən özüm də keçmişdə asan dil tapılan futbolçulardan olmamışam. Bu, təbii haldı.

Messi və Sarabiya arasında nə olub? Xüsusi bir şey yoxdu. Sadəcə, bir epizod, bu qədər... Məndən nə eşitmək istədiyinizi bilmirəm".

Daha öncə, "Selta" ilə matçda su fasiləsi zamanı Messinin Eder Sarabiyanın göstərişlərinə qulaq asmadığını və texniki zonadan uzaqlaşdığını özündə əks etdirən fotolar yayılmışdı.

Həmçinin "Barselona" futbolçularının oyundan sonra paltardəyişmə otağında Kike Setyenin taktiki gedişlərini tənqid etdikləri bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"