"Neymarın Barsa"ya gəlişinə sevinərəm, niyə də olmasın?"

23 May 2020 17:10 İspaniya 1 183
"Neymarın Barsa"ya gəlişinə sevinərəm, niyə də olmasın?"

"Barselona"nın baş məşqçisi Kike Setyen Neymarla çalışmaq istədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “beIN SPORT”a danışan təcrübəli mütəxəssis PSJ-nin hücumçusunun komandaya keçidini istisna etməyib:

"Əlbəttə, bir gün Neymarla məşq etmək istərdim. Onunla çalışmaqdan məmnun olaram. Düzdür, bu gün dünyanın ən yaxşı oyunçusu – Lionel Messi ilə işləmək fürsətini yaxalamışam.

Ancaq Neymarla bərabər olub-olmayacağımız barədə dəqiq bir söz demək olmur. Onun komandaya gəlişinə sevinərəm. Niyə də olmasın?”

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olunub. Onun mövsüm sonu yenidən Kataloniya klubuna qayıdacağı söylənir.

Digər Xəbərlər
Xəbər Lenti