“Fənərbaxça” səfərdə uddu, “Beşiktaş“ evdə uduzdu – KONFRANS NƏTİCƏLƏRİ

6 Oktyabr 2023 02:00 Dünya futbolu 953
“Fənərbaxça” səfərdə uddu, “Beşiktaş“ evdə uduzdu – KONFRANS NƏTİCƏLƏRİ

Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin heyətində yer aldığı Zaqreb “Dinamo”su səfərdə Kosovo təmsilçisi “Ballkani”yə məğlub olub.

Türkiyə təmsilçilərindən “Beşiktaş” da doğma meydanda İsveçrənin “Luqano” komandasına uduzub.

“Fənərbaxça” isə Trnava “Spartak”ı ilə səfər oyunundan qələbə ilə ayrılıb.

5 oktyabr

A qrupu

“Olimpiya” (Sloveniya) – “Slovan” (Bratislava, Slovakiya) 0:1
Qol: Çavriç, 55—pen.

“Klaksvik” (Farer adaları) – “Lill” (Fransa) 0:0

Xal: Slovan – 6. Lill – 4. Klaksvik – 1. Olimpiya – 0.

B qrupu

“Gent” (Belçika) – “Makkabi” (Təl-Əviv) 2:0
Qollar: Tissudali, 39; 90+2-pen.

“Breydablik” (İslandiya) – “Zarya” (Ukrayna) 0:1
Qol: Qorbax, 35.

Xal: Gent – 4. Zarya – 4. Makkabi – 3. Breydablik – 0.

C qrupu

“Astana” (Qazaxıstan) – “Viktoriya” (Plzen, Çexiya) 1:2
Qollar: Tomasov, 51 – Çori, 54. Kalvaç, 56.

“Ballkani” (Kosovo) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:0
Qollar
: Kryeziu, 44. Hamidi, 83.

Xal: Viktoriya – 6. Ballkani – 3. Dinamo – 3. Astana – 0.

D qrupu

“Bodo Qlimt” (Norveç) – “Brügge” (Belçika) 0:1
Qol: Vanaken, 20.

“Beşiktaş” (Türkiyə) – “Luqano” (İsveçrə) 2:3
Qollar: Abubakar, 38; 52 – Aliseda, 81. Vladi, 86. E.Bayi, 89-öz qapısına.

Xal: Luqano – 4. Brügge – 4. Beşiktaş – 1. Bodo Qlimt – 1.

E qrupu

“Alkmar” (Niderland) – “Legiya” (Polşa) 1:0
Qol: Pavlidis, 52.

“Aston Villa” (İngiltərə) – “Zrinski” (Bosniya və Herseqovina) 1:0
Qol:
Makqin, 90+4.

Xal: Zrinski – 3. Alkmar – 3. Aston Villa – 3. Legiya – 3.

F qrupu

“Çukariçki” (Serbiya) – “Genk” (Belçika) 0:2
Qollar: Heynen, 10. Peyntsil, 21.

“Fiorentina” (İtaliya) – “Ferentsvaroş” (Macarıstan) 2:2
Qollar: Barak, 66. İkone, 90+3 – Varqa, 25. Sisse, 50.

Xal: Ferentsvaroş – 4. Gentk – 4. Fiorentina – 2. Çukariçki – 0.

G qrupu

PAOK (Yunanıstan) – “Ayntraxt” (Almaniya) 2:1
Qollar: Zivkoviç, 28. Kulierakis, 90+2 – Marmuş, 68.

“Aberdin” (Şotlandiya) – HJK (Finlandiya) 1:1
Qollar: Miovski, 79 – Raduloviç, 59.

Xal: PAOK – 6. Ayntraxt – 3. HJK – 1. Aberdin – 1.

H qrupu

“Spartak” (Trnava, Slovakiya) – “Fənərbaxça” (Türkiyə) 1:2
Qollar: Ofori, 88 – Kinq, 70; 81.

“Nordsyelland” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan) 7:1
Qollar
: İnqvartsen, 2. Osman, 11. Tverskov, 31. Niqren, 32; 74. Son, 68-öz qapısına. Rasmussen, 86 – Verdon, 9.

Xal: Fənərbaxça – 6. Nordsyelland – 3. Ludoqorets – 3. Spartak – 0.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?