COP29

"Bayer"li müdafiəçini istəyir - "Barselona"nın baş məşqçisi

22 İyun 12:00 İspaniya 756
"Bayer"li müdafiəçini istəyir - "Barselona"nın baş məşqçisi

"Barselona" yeni mövsüm üçün müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi "Bayer"də çıxış edən Ceremi Frimponqu transfer etmək istəyir.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Barselona"nın baş məşqçisi Hansi Flik klub rəhbərliyindən 23 yaşlı sağ cinah müdafiəçisinin transferini xahiş edib.

"Bayer" Ceremi Frimonqu 2022-ci ilin yanvar ayında "Seltik"dən transfer edib.

Niderland millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti