"Məğlubiyyət bizi ruhən çökdürdü, eyni zamanda məmnun oldum"

17 Mart 17:20 İspaniya 572
"Məğlubiyyət bizi ruhən çökdürdü, eyni zamanda məmnun oldum"

“Atletiko”nun hücumçusu Antuan Qrizmann İspaniya La Liqasının 29-cu turunda “Barselona” ilə oyundan əvvəl Kataloniya klubunda forma geyindiyi dövrdən danışıb.

Sportinfo.az xəbər verir ki, o, 2021-ci ildə “Barselona”da oynayarkən, “Atletiko”nun çempionluğuna necə reaksiya verdiyini yada salıb:

“Çox çətin idi, çünki o vaxt “Barselona” da çempionluğa yaxın idi. “Qranada”ya evdə məğlubiyyət bizi ruhən çökdürdü.

Eyni zamanda, təbii ki, məmnun oldum, çünki “Atletiko” buna layiq idi. Xüsusilə, mənim üçün çox şey ifadə edən Koke və Dieqo Simeone üçün sevinmişdim.

Koke mənim ən yaxşı dostlarımdan biridir. Onu kubokla görəndə fəxr etdim”.

Qrizmann ilk dəfə 2014-cü ildə “Real Sosyedad”dan transfer olunaraq “Atletiko”ya keçib və beş il Madrid klubunda çıxış edib.

Fransalı hücumçu bundan sonra iki mövsüm “Barselona”da oynayıb. O, 2021-ci ildə Madrid klubuna geri qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti