Musa Qurbanlının komanda yoldaşı "Barselona" yolunda - 17 yaşı var

20 Yanvar 03:40 İspaniya 784
Musa Qurbanlının komanda yoldaşı "Barselona" yolunda - 17 yaşı var

"Barselona" yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi "Yurqorden"də çıxış edən Lukas Berqvallın keçidini yekunlaşdırmaq üzrədir.

"Barselona" 17 yaşlı yarımmüdafiəçi ilə yanvar ayında müqavilə imzalayıb onu yaya kimi hazırkı klubuna icarəyə verməyi planlaşdırır.

"Yurqorden" Lukas Berqvallı ötən ilin fevral ayında "Brommapoykarna"dan transfer edib. İsveçli ortxa xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı da "Yurqorden"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti