Mahir Emreli bu hadisəyə üzüldü: "Bir dostum var, deyir ki..."

17 Oktyabr 2023 02:20 Milli komanda 1 518
Mahir Emreli bu hadisəyə üzüldü: "Bir dostum var, deyir ki..."

"Nəticəyə görə üzülürəm, çünki bu gün nəinki 1 xal, 3 xal qazanmağa belə layiq idik".

Sportinfo.az xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsinin Avstriya (0:1) ilə oyunundan sonra Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib

Zaqreb "Dinamo"sunun 26 yaşlı hücumçusu ilk hissədə qol epizodları olmasa da, topla oynamağa çalışdıqlarını deyib:

"İkinci yarıda daha yaxşı oyun alındı. Çalışırdıq ki, hamımız bir yerdə hücuma keçək.

Azarkeşlərin olmağı həmişə futbolçular üçün böyük motivasiyadır. Futbolu onlara görə oynayırıq.

Azarkeşlərin coşqusu mənə motivasiya verir. Hər dəfə top ayağıma gələndə nəsə olacağını gözləyirdilər.

Ümid edirəm ki, gələcəkdə mənə inanan hər kəsin ümidlərini doğruldacağam".

M.Emreli ölkə xaricində oynayan milli üzvlərinin sayının çox olmasını müsbət məqam hesab edir:

"Bir dostum var, deyir, arzu edirəm ki, millimizin bütün futbolçuları toplanışa xaricdən gəlsinlər.

Bu heyətlə 4-5 ildir oynayırıq. Taktiki məqamlar isə baş məşqçilərin verəcəyi qərardır".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada