
İspaniya Sequndası təmsilçisi "Albasete"nin hücumçusu Rey Manay bundan sonra "Barselona"nın uğurları üçün çalışacaq.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya klubu millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komanda yoldaşını transfer edib.
Hələlik "Barselona"nın B komandasında çıxış edəcək 22 yaşlı forvardla 2023-cü ilin yayına qədər müqavilə bağlanıb. Albaniya yığmasının üzvü cari mövsüm Balompe klubunun heyətində 10 oyun keçirib, 3 qol vurub.