"Futbolçularımız meydanda ürəklərini və ruhlarını qoyub gedirlər"

2 Mart 2024 12:00 İspaniya 611
"Futbolçularımız meydanda ürəklərini və ruhlarını qoyub gedirlər"

“Atletik”in baş məşqçisi Ernesto Valverde kral kubokunun finalına yüksəlmələrini şərh edib.

Sportinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu qalibiyyətin oyunçuların və azarkeşlərin ortaq qələbəsi olduğunu bildirib:

“Evdə oynayanda biz çox güclü komanda oluruq. Azarkeşlərimizin dəstəyi sayəsində futbolçularımız meydanda ürəklərini və ruhlarını qoyub gedirlər.

Bu, oyunçuların və azarkeşlərin ortaq qələbəsidir. Azarkeşlər üçün kubokun finalına çıxmağın nə demək olduğunu bilirik”.

Yarımfinalda Valverdenin komandası “Atletiko”nu ümumi hesabda (1:0 və 3:0) məğlub edib.

Finalda “Atletik” yarımfinalda “Real Sosyedad”ı ümumi hesabda (0:0 və 2:1) məğlub edən “Malyorka” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti