Fransalı “Barselona”dan “Atletiko”ya transfer oldu - RƏSMİ

26 Avqust 2024 15:40 İspaniya 1 032
Fransalı “Barselona”dan “Atletiko”ya transfer oldu - RƏSMİ

Kleman Lanqle “Barselona”dan “Atletiko”ya keçib.

Sportinfo.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı cari mövsümün sonuna kimi Madrid klubunda icarə əsasında çıxış edəcək.

Lanqle ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib.

“Atletiko” İspaniya çempionatının iki turundan sonra 3-cü yerdədir. Dieqo Simeonenin yetirmələri son matçda “Jirona”nı 3:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti