“Gələcəyim klubdan asılıdır, hamı bilir, mən çox xoşbəxtəm”

13 Mart 18:40 İspaniya 418
“Gələcəyim klubdan asılıdır, hamı bilir, mən çox xoşbəxtəm”

“Barselona”nın futbolçusu Ronald Arauxo Kataloniya klubundakı gələcəyindən danışıb.

Müdafiəçinin sözlərinə görə, o, İspaniyada özünü xoşbəxt hiss edir.

Sportinfo.az xəbər verir ki, uruqvaylı futbolçu gələcəyinin klubdan aslı olduğunu bildirib:

“Gələcəyim klubdan asılıdır. Hamı bilir ki, mən “Barsa”da çox xoşbəxtəm və baş məşqçi Xaviyə çox minnətdaram”.

Arauxo 2018-ci ildən “Barselona”da çıxış edir. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib və 1 qol vurub.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti