Yeni baş məşqçinin şərti var – Yaxşı qiymətə satın, başqasını alaq

5 İyun 2024 12:00 İspaniya 941
Yeni baş məşqçinin şərti var – Yaxşı qiymətə satın, başqasını alaq

“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Frenki de Yonqun satışını tamamilə qəbul edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, niderlandlı futbolçunu buraxmağa hazır olacaq, ancaq bir şərtlə: De Yonq yalnız “Barselona”ya çox sərfəli təklif olunacağı təqdirdə komandadan ayrılacaq.

Həmçinin, Flikə söz verilməlidir ki, gəlirlər yüksək səviyyəli yarımmüdafiəçi almaq üçün istifadə olunacaq.

Frenki de Yonq iki il əvvəl “Barselona”dan ayrılmaqdan imtina etmişdi, baxmayaraq ki, “Mançester Yunayted” və “Çelsi” futbolçu üçün 90 milyon avro ödəməyə hazır idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti