Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo PSG-dən “Real” a keçən Kilian Mbappeyə dəstəyini bildirib.
Sportinfo.az xəbər verir ki, bu haqda o, Mbappenin sosial şəbəkə hesabındakı paylaşımına yazıb.
“Növbə məndədir. “Santyaqo Bernabeu”nu necə coşdurduğunu görməyə şad olaram...”, - Ronaldo qeyd edib.
“Real Madrid” Kilian Mbappe ilə müqavilə imzaladığını elan edib. Futbolçunun “Real”la müqaviləsi 2029-cu ilə qədərdir. Mbappe əvvəllər PSJ-də çıxış edib.
Ötən mövsüm fransalı hücumçu komandanın heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalı fransız forvardın bazar dəyərini 180 milyon avro qiymətləndirir.
Kriştiano Ronaldo 2009-2018-ci illərdə “Real”da oynayıb.

