Məşhur müğənni paytaxtın iki klubunun arasını “vurdu”

28 Sentyabr 2024 08:40 İspaniya 919
Məşhur müğənni paytaxtın iki klubunun arasını “vurdu”

"Atletiko" həftəsonu "Real"la keçiriləcək Madrid derbisinin fasiləsində təşkil olunacaq konsert proqramını ləğv edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Matçın fasiləsində meksikalı aktrisa və müğənni Danna Paola ifa etməli idi. Lakin klub rəhbəriyinin qərarı ilə sənətçinin çıxışı baş tutmayacaq.

Buna Danna Paolanın "Real" azarkeşi olduğunu açıqlaması və "kral klubu"nun 2:1 hesabı ilə qalib gələcəyini proqnozlaşdırması səbəb olub.

"Atletiko" - "Real" qarşılaşması 29 sentyabr tarixində, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti