“Atalanta”nın yarımmüdafiəçisi Edersonun “Atletiko”ya keçidi baş tutmaya bilər.
Daha əvvəl tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilsə də, son məlumatlara görə danışıqlar dalana dirənib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atalanta” braziliyalı futbolçu üçün təxminən 45 milyon avro tələb edir.
Bu məbləğ isə “Atletiko”nu qane etmir.
Ederson Madrid klubuna keçmək naminə “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” kimi klubların təkliflərini geri çevirib.
Futbolçunun “Atalanta” ilə müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq.

