“Etdiyim əmələ görə məsuliyyəti öz üzərimə götürürəm" - ÜZR İSTƏDİ

22:00 İspaniya 227
“Etdiyim əmələ görə məsuliyyəti öz üzərimə götürürəm" - ÜZR İSTƏDİ

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa Çempionlar Liqasının 1/4 finalının “Bayern”ə qarşı cavab oyununda meydandan qovulduğuna görə üzr istəyib.

Fransalı matçın 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulmuşdu.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məsuliyyəti öz üzərinə götürüb:

“Etdiyim əmələ görə məsuliyyəti öz üzərimə götürürəm.

Komandadan və bütün madridlilərdən üzr istəyirəm. Dəstəyinizə görə təşəkkür edirəm”.

Komandalar arasında qarşılaşma Madrid klubunun ümumi 4:6 hesablı məğlubiyyətiylə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti