“Milan”ın sabiq oyunçusu Marsel Desayli “İnter”in müdafiəçisi Alessandro Bastoninin “Barselona”ya mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “Barça Universal”-a istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, “Barselona”ya sabitlik lazım olduğunu bildirib:
“Bastoni “Barselona”nın səviyyəsini yüksəldə bilər, çünki onlara müdafiə gücü və sabitlik lazımdır. O, uzun illərdir “İnter”də çox sabitdir, baş məşqçidən asılı olmayaraq yaxşı oyunlar göstərir.
Amma mən onu dünya səviyyəli lider kimi görmürəm. Onun hazırkı səviyyəsi maksimum həddidir”.
27 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 37 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

