“O, futbol oynamır, məsuliyyət daşıyır, heç vaxt gizlənmir”

17 Aprel 01:50 İspaniya 330
“O, futbol oynamır, məsuliyyət daşıyır, heç vaxt gizlənmir”

Sabiq hücumçu Tyerri Anri “Real”ın yarımmüdafiəçisi Arda Gülərin oyununa heyranlığını gizlətməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, türkiyəli futbolçunun dünya səviyyəli oyunçu olduğunu söyləyib:

“Gülər sadəcə futbol oynamır, məsuliyyət daşıyır. O, tamamilə dünya səviyyəlidir.

Münhendə “Bayern”ə qarşı təzyiq altında çıxış etmək çox vacibdir. O, heç vaxt gizlənmir, daim topu istəyir.

Mənim üçün o, artıq perspektivli oyunçu deyil, Arda dünya futbolunda öz dəyərini sübut edib”.

21 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern”lə qarşılaşmada iki qol vurub.

Arda Gülərin qollarına baxmayaraq, “Real” Münhen klubuna 3:4 (ümumi – 4:6) hesabıyla məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti