"Barselona" ardıcıl 7-ci qələbəni derbidə qazandı - VİDEO

10:40 İspaniya 92
"Barselona" ardıcıl 7-ci qələbəni derbidə qazandı - VİDEO

"Barselona" La Liqada qələbə seriyasını davam etdirib.

Sportinfo.az xəbər verir ki, Hansi Flikin komandası La Lİqanın 31-ci turunda "Espanyol" üzərində 4:1 hesablı inamlı qələbə qazanıb.

Bu, Kataloniya klubunun ardıcıl 7-ci qələbəsidir. Bundan əvvəl komanda "Atletiko" (2:1), "Rayo Valyekano" (1:0), "Sevilya" (5:2), "Atletik" (1:0), Vilyarreal" (4:1) və "Levante" (3:0) üzərində qələbə qazanmışdı.

Komandanın çempionatda son məğlubiyyəti 16 fevralda "Jirona" ilə oyunda qeydə alınıb (1:2).

Aprelin 22-də “Barselona” "Selta" ilə qarşılaşacaq. Bundan əvvəl isə komanda aprelin 14-də Çempionlar Liqasında yenidən "Atletiko" ilə üz-üzə gələcək.

"Barselona" - "Espanyol" 4:1

Qollar: F.Torres, 9, 25, L.Yamal, 87, M.Reşford, 89, - P.Lozano, 56

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Aprel 18:10 Çək və bizə göndər!