“Ronaldinyo insanın nitqini kəsən hərəkətlər edirdi”

01:30 İspaniya 108
“Ronaldinyo insanın nitqini kəsən hərəkətlər edirdi”

“Barselona”nın idman direktoru Deku futbolçu karyerası ərzində onu ən çox təsirləndirən oyunçunun adını açıqlayıb.

Portuqaliyalı funksioner sabiq komanda yoldaşı Ronaldinyonu xüsusi vurğulayıb.

O, “Barselona”da braziliyalı sabiq futbolçu ilə dörd il birlikdə çıxış edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Deku, texniki baxımdan Ronaldinyodan daha yaxşısını görmədiyini deyib:

“Texniki baxımdan ondan daha yaxşısını görməmişəm. O, insanı heyrətə salan, sözün əsl mənasında nitqini kəsən hərəkətlər edirdi.

Ronaldinyo istər onunla birlikdə oynayanda, istərsə də ona qarşı çıxış edəndə məni ən çox təsirləndirən futbolçu olub.

O, ən titullu oyunçu olmasa da, ən baxımlı futbolu məhz o nümayiş etdirirdi”.

Ronaldinyo və Deku 2008-ci ilin yayında “Barselona”nı tərk edib. Həmin dövrdə komandaya Pep Qvardiola baş məşqçi təyin olunmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Aprel 18:10 Çək və bizə göndər!