Madonnadan kömək istədilər - FOTO

7 Mart 04:00 İspaniya 476
Madonnadan kömək istədilər - FOTO

"Selta" Madonnadan və azarkeşlərindən 1990-cı ildə "Balaydos" stadionunda konsert zamanı müğənninin geyindiyi klub forması tapmaqda yardım etmələrini xahiş edib.

Sportinfo.az xəbər verir ki, Madonnanın Viqo şəhərində keçirilən ilk böyük beynəlxalq konserti Avropa turunun sonlarında baş tutub.

O gecə müğənni səhnəyə çıxarkən La Liqa klubunun formasını geyinib. Üzərində sabiq müdafiəçi Xose Manuel Espinosanın 5 nömrəsi olub.

Konsertdən sonra forma itib və o vaxtdan bəri onun harada olduğu məlum deyil.

Klub uzun illər ərzində onu tapmağa çalışdığını etiraf edib və indi azarkeşlərdən kömək istəyərək bu unikal və əvəzolunmaz tarixi arxivə qaytarmaq niyyətindədir.

"Selta"nın prezidenti Marian Mourinyo Madonnaya açıq məktub da yazıb. O, müğənnidən itmiş formanı tapmaqda yardım istəyəcək. Madonnanın klub formasında çəkilən fotosu komandanın tarixində xüsusi anlardan biridir.

FOTO: Madonna La Liqa klubunun forması ilə yoxa çıxdı - axtarışlar 36 ildir davam edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!